İran prezidenti Məsud Pezeşkian deyib ki, şənbə günü Maskatda keçiriləcək dialoq dolayı formada olacaq: “Ali Lider Əli Xameneyinin dediyi kimi, biz dialoqa və əlaqəyə hazırıq, lakin bu, dolayı başqa formada olmalıdır. Bu bizim qürurumuzu qorumalı və aydın təminatları ehtiva etməlidir. Çünki biz qarşı tərəfə hələ də etibar etmirik. Bir daha bildiririk ki, İran nüvə bombası əldə etməyə çalışmır və etməyəcək".
Pezeşkian xüsusilə qeyd edib ki, “Əli Xamneyi xarici sərmayələrin, o cümlədən ABŞ-ın sui-qəsd və ya rejimi devirmək cəhdləri ilə əlaqəsi olmadığı müddətcə onlara etiraz etmir”. Pezeşkian bu açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun “Bu, danışıqlar deyil” sözlərindən sonra verib.
ABŞ rəsmisi görüşdə əsas məqsədin danışıqlarda nəyin mümkün olduğunu müəyyənləşdirməkdir. “The Washington Post” qəzeti yazıb ki, əgər İran birbaşa danışıqlarda israr edərsə, Vitkoff Maskata getməyəcək.
Digər xəbərə görə, ABŞ Maliyyə Nazirliyi İranın nüvə proqramına qarşı sanksiyalar elan edib. Maliyyə naziri Skott Besant, “İran rejiminin ehtiyatsız nüvə silahı əldə etmək cəhdi ABŞ üçün ciddi təhlükə törətməkdə davam edir”, – deyib.