ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibələrində Çindən yeni bir addım gəldi. Trampın ölkəyə tətbiq etdiyi vergi dərəcələrini yüzdə 145-ə yüksəltdikdən sonra Çin ABŞ-a tətbiq edəcəyi vergini 125 faizə yüksəltdiyini açıqlayıb.Bildirilib ki, yeni tariflər aprelin 12-dən qüvvəyə minəcək.
Çin Maliyyə Nazirliyindən verilən açıqlamada ABŞ tərəfinin yeni tarif tətbiq edəcəyi təqdirdə bunun nəzərə alınmayacağı bildirilib. Bu, Çinin ABŞ məhsullarına yeni tariflər tətbiq etməyəcəyinə işarə edirdi.
çap et