Dolların məzənnəsi rüsumlarla bağlı narahatlıqlara görə ucuzlaşdığından, investorlar qızıl, frank və yen kimi təhlükəsiz sığınacaqlara üz tutdular.
Ticarət müharibəsinin qlobal bazarlarda risk iştahını azaltmasından sonra ABŞ istiqrazları və fond indeksləri ucuzlaşıb.
ABŞ-da “S&P 500” indeksi dünən günü 3,5 faiz, “Nasdaq 100” isə 4 faizdən çox ucuzlaşıb.
ABŞ fond indeksləri yeni ticarət günündə yüksəlir. ABŞ-ın 30 illik Xəzinədarlığının gəlirliliyindəki iki günlük artım 16 baza bəndinə çatıb. 10 illik gəlirlilik həftənin əvvəlindən bəri 45 baza bəndindən çox artıb.
“Bloomberg Dollar İndeksi”ndə həftəlik itki 2 faizə yaxındır. İnvestorların üz tutduqları təhlükəsiz limanlardan biri olan İsveçrə frankı cümə axşamı dollar qarşısında 4 faizə yaxın dəyər qazanıb və bu gün səhər də yüksəlişi davam edir.
Yapon yeni də investorların marağına görə yüksəlib, yapon valyutası görə iki gün ərzində 3 faiz bahalaşıb. Qızılın bir unsiyasının qiyməti bu səhər 1 faiz bahalaşıb və rekord həddə – 3212 dollara satılır.
Avro da 2022-ci ilin fevralından bəri ən yüksək səviyyəyə qalxıb. Hətta Koreya vonu və Tayland bahtı kimi inkişaf etməkdə olan Asiya valyutaları da dollara qarşı bahalaşıb. Bu valyutalarının göstəricisi təxminən 0.6 faiz artaraq avqust ayından bəri ən yaxşı gününü qeyd edib.
Əksər inkişaf etməkdə olan bazar valyutaları dollar qarşısında dəyər qazansa da, lirə Meksika pesosundan sonra ikinci ən pis göstərici olub.
Ağ Evin ABŞ-ın Çinə tətbiq etdiyi tariflərin 145 faiz olacağı ilə bağlı açıqlamasından sonra, bazarda 90 günlük fasilə sonra növbəti narahatlıq yaşanıb və Asiya fond bazarı göstəricisi ardıcıl üçüncü həftəlik enişə doğru gedir.