Vaxt.Az

Heç nə almadan sülh olmaz!


 

Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir

Heç nə almadan sülh olmaz! İranın keçmiş xarici işlər naziri Cavad Zərif 2021-ci ildə Ermənistan prezidenti Armen Sərkisyanın Prezident İlham Əliyevə ünvanladığı mesajı Bakıya gətirdiyini açıqlayıb.

Müharibənin başa çatmasından bir neçə ay sonra Zərif İranın xarici işlər naziri kimi regiona səfər edib. O, İrəvanda Armen Sarkisyanla əvvəlcə geniş tərkibdə, daha sonra təkbətək görüşüb. Zərif bildirir ki, təkbətək görüşdə Sarkisyan ondan mesajını İlham Əliyevə çatdırmağı xahiş edib.

Mesaj bundan ibarət olub: “28 il əvvəl biz güclü idik, Azərbaycan isə zəif idi. Biz Qarabağı aldıq, azərbaycanlıları alçaltdıq, sizinlə danışıq aparmadıq və bu günə düşdük. Bizim səhvimizi təkrarlamayın”.

Sərkisyan bununla Qarabağın işğal edildiyini və azərbaycanlılara qarşı mənəvi və insani dəyərlərə sığmayan addımlar atdıqlarını etiraf edir, müharibədə məğlub olmuş ölkəsi üçün Əliyevdən mədət diləyir.

Bu mesaj ermənilərin mahiyyətini aydın şəkildə ifadə edir: güclü olanda fərqli, zəif olanda fərqli. Onlar məğlub olduqlarına görə törətdiklərini etiraf edir və eyni aqibətlə üzləşməmək üçün mədət diləyirlər. Nə vaxtsa güclü olsalar, yenə eyni siyasəti yürüdəcəklər. Təkcə bu fakt zəruri edir ki, Bakı İrəvanla sülh sazişinə dönə-dönə baxsın və heç nə almadan ermənilərə sülh verməyin nə Azərbaycana, nə regiona müsbət perspektiv vəd etmədiyini unutmasın.

 





11.04.2025    çap et  çap et