Vaxt.Az

Ukraynaya Avropadan böyük hərbi yardım


 

Almaniya və Britaniya ABŞ-ın verdiyi estafeti ələ alır

Ukraynaya Avropadan böyük hərbi yardım Aprelin 11-dəl Brüsseldə Ukraynaya müdafiə yardımı göstərən ölkələrin iştirakı ilə növbəti “Ramştayn” formatında Müdafiə Təmas Qrupunun toplantısı keçirilib.

Keçən toplantıda olduğu kimi, bu dəfə də iclasın sədri Böyük Britaniya və Almaniya olacaq. Pentaqonun rəhbəri Pit Heqset iclasa onlayn formatda qatılıb. ABŞ yenə də sədrliyi öz üzərinə götürməkdən imtina edib.

Toplantıda Almaniya, Ukraynaya dörd IRIS-T hava hücumundan müdafiə sistemi və 100 min artilleriya sursatı verəcəyini açıqlayıb. Almaniyanın müdafiə naziri Boris Pistorus yeni yardım paketinə əlavə olaraq, 300 idarə olunan raket, 120 manpads, 300 kəşfiyyat dronu, 25 Marder döyüş maşını, 15 Leopard tankı, 14 artilleriya sistemi və 100 radar daxil olacağını bildirib.

Böyük Britaniya isə Ukraynaya 450 milyon funt sterlinq dəyərində yardım göndərəcəyini açıqlayıb. Bu paketə FPV-dronlar, radar sistemlər və digər silah və avadanlıqlar daxil olacaq.

Litva isə Ukraynanın sursat əldə etməsi üçün daha 20 milyon avro ayırdığını bəyan edib.

 





11.04.2025    çap et  çap et