ABŞ-ın ən böyük bankı olan “JPMorgan Chase”, bankın brokerlik və səhm ticarətindən əldə etdiyi gəlirlər sayəsində birinci rübdə mənfəətinin 9 faiz artdığını bildirdi.
Bankın birinci rübdə mənfəəti 14,6 milyard dollara və ya hər səhmə görə 5,07 dollara yüksəlib. Şirkətin bir il əvvəlki dövr mənfəəti 13,4 milyard dollar və ya hər bir səhm üçün 4,44 dollar olub.
ABŞ-ın dördüncü ən böyük bankı olan “Wells Fargo”, aktivlərin idarə edilməsi bölməsindəki güclü performans sayəsində birinci rübdə daha yüksək mənfəət əldə etdiyini bildirib.
Bankın xalis gəliri 4,89 milyard dollara və ya hər səhmə görə 1,39 dollara yüksəlib. Şirkətin bir il əvvəlki dövr mənfəəti 4,62 milyard dollar və ya hər bir səhm üçün 1,20 dollar olub.
“Morgan Stanley”nin balans hesabatı da müsbət reallaşma göstərdi. Bank rüblük rekord gəlir əldə edib.