Vaxt.Az

Ticarət “şefi” Şefçoviç ABŞ-a gedir


 

Brüssel Vaşinqtonla ilə tarif danışıqları ərəfəsində

Ticarət “şefi” Şefçoviç ABŞ-a gedir Avropa Birliyinin (AB) ticarət komissarı Maros Şefçoviç tariflərlə bağlı danışıqlar aparmaq üçün bazar ertəsi Vaşinqtona səfər edəcək. AB Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirilən gündəlik mətbuat konfransında ABŞ-ın tarifləri ilə bağlı təmaslara dair açıqlamalar verib.

Gill AB Komissiyasının ticarət məsələləri və danışıqlardan məsul olan rəsmisi Şefçoviçin gələn həftənin əvvəli Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşlər keçirəcəyini və AB-nin ABŞ ilə qarşılıqlı faydalı razılaşma əldə etməyə hazır olduğunu bildirib.

Gill, Atlantik okeanının hər iki tərəfinə və qlobal iqtisadiyyata zərər verəcək hər hansı bir gərginlikdən qaçınmaq lazım olduğunu və Şefçoviçin yaxşı niyyətlə Vaşinqtona gedəcəyini və hamının xeyrinə olacaq həll yollarını tapacağını söylədi.

***

Şefçoviçin ABŞ Ticarət Naziri Hovard Lutnik və ABŞ Ticarət Nümayəndəsi Ceymison Qri kimi yüksək vəzifəli rəsmilərlə görüşü gözlənilir.

AB tərəfi ABŞ-la danışıqlar masasına oturmağa və tariflərlə bağlı razılığa gəlməyə ümid edir.

Dünən AB Komissiyasının sədri Ursula von der Leyen verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın Çindən başqa ticarət tərəfdaşlarına tətbiq edilən əlavə tarifləri 90 gün müddətinə dayandıracağını açıqladıqdan sonra danışıqlara şans vermək istədiklərini və “AB, üzv dövlətlərimizdən güclü dəstək gördüyümüz əks tədbirlərin qəbulunu tamamlasa da, biz onları 90 gün müddətində dayandıracağıq”, – deyib.

 





11.04.2025    çap et  çap et