Mövcud vəziyyətdə Avronun dəyər qazanması Avropa məhsulları üçün əlavə yükdür, maliyyətdir. Funt-sterlinq, Yapon yeni, Kanada dolları üçün də eyni fikri söyləyə bilərik.
Ticarət tərəfdaşları həm də öz valyutalarını dollar qarşısında ucuzlaşdıraraq, müxtəlif ticarət baryerləri tətbiq edərək ABŞ ilə öz aralarında öz xeyirlərinə müsbət, ABŞ üçün isə böyük həcmli mənfi saldolarla mənfəət qazana bilmişdilər.
Apardığım hesablamaları iki istiqamətdə həyata keçirdikdə bir-birinə əks fikirlər ortaya çıxır. ABŞ tərəfdən baxdıqda Tramp haqlı görünür, bir şərtlə ki, tarif tətbiqlərini daha səliqəli həyata keçirə bilsin. Digər ölkələr tərəfdən, qlobal iqtisadiyyat tərəfdən baxdıqda isə sadəcə yaxınlaşmaqda olan böyük bir iqtisadi sunami, fəlakət görünür. ABŞ isə deyir ki, zatən bir neçə dəfə dünyanı qurtardım, bu dəfə də özümü xilas edim, sonra batmaqda olan iqtisadiyyatları öz şərtlərimi diktə edərək qurtaracam. Bunları nəzərə alıb şərtlərimi batmazdan öncə qəbul edin!
|
13.01.2025 |
11.04.2025 |
ABŞ dollarının indeksi: |
109.96 |
100 |
Avro/Dollar: |
1.02 |
1.1329 |
Funt-sterlinq/Dollar |
1.21 |
1.3050 |
Dollar/Yapon yeni |
158 |
143.5 |
Dollar/Kanada dollar: |
1.44 |
1.39 |
1 unsiya qızıl |
1,680 |
3,240 |
“Brent” markalı neftin bir bareli |
77 |
63.5 |
Amma bütün bu gedişatın bəzi müsbət və mənfi amillər də var.
ABŞ milyarderləri itkilərə məruz qaldıqları üçün narahat və narazıdırlar.
Fond birjalarında köpüklər dağılır, səhmlər əl dəyişir.
İstiqrazlarla bağlı riskli vəziyyət formalaşır.
Enerji qiymətləri düşür.
Dünya iqtisadiyyatı daha təhlükəli olan iqtisadi müharibələr dövrünə qədəm qoyur.
ABŞ sənaye və emal sənayesini inkişaf etdirməklə bərabər məşğulluğu da artıra, lazım olacaq bacarıqlı, peşəkar kadrları ABŞ-a cəlb etməklə kütləvi miqrasiya siyasətinə də son qoymağı düşünür.
Ən son xəbər bu oldu ki, Çin də ABŞ məhsullarına tətbiq etdiyi tarifləri 125 faizə qaldırdı. Məsələ artıq prinsip məsələsinə çevrildi.
Mövcud vəziyyət 3 ay müddətinə bütün ölkələr üçün, 3 ay sonra tariflərin tətbiqi həyata keçərsə, xüsusilə 10 faiz tarif tətbiq edilən ölkələr üçün ABŞ-a ixrac baxımından sərfəli vəziyyət formalaşdırır. Çin mallarını hansı ölkə malları əvəz edə biləcək? Ümumiyyətlə əvəz edə biləcəklərmi?
Çin məhsullarını əvəzləmək üçün ABŞ-a ixrac edən digər ölkələr ABŞ ilə bu 90 gün ərzində anlaşmağa çalışacaqlar!
Geniş oxucu kütləsini nəzərə alaraq fiskal, monetar siyasətlərdəki texniki məsələlərə toxunmadan önəmli bir nəticəni qeyd edim: yaranacaq qlobal xaosun kimin yaxşı idarə etməsindən asılı olaraq hadisələr fərqli istiqamətlərdə inkişaf edəcək.