Vaxt.Az

“Timsahın göz yaşları”


 

... Yaxud Araik niyə tam səmimi ola bilmir?

“Timsahın göz yaşları” Ötən gün Azərbaycana qarşı hərbi təcavüz nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən separatçı-terrorçu ermənilərin məhkəmə prosesinin baxış iclası davam etdirilərkən, Qazaxın Bağanıs Ayrım kəndinin məhv edilməsi zamanı yandırımış meyitlərin videgörüntüləri nümayiş olunub.

Həmin videogörüntülər göstəriləndə zərərçəkmiş qismində zalda iştirak edən soydaşlarımızın bir qisminin halı pisləşib, bəziləri özünü ələ almaq üçün çölə çıxıb.

O görüntüləri separatçı müttəhimlər də izləyiblər və maraqlıdır ki, onların arasından yalnız Arayik Harutyunyan özünü kədərlənmiş kimi göstərib. Digər separatçılar isə odun kimi oturmağa davam ediblər.

Bu quldurların, canilərin arasında nisbətən peşmanlıq hissi keçirən və həm özünün, həm də Ermənistan rəhbərliyinin Azərbaycana qarşı cinayətlərini az-çox səmimi şəkildə etiraf edən yeganə erməni də elə Araikdir.

Lakin Araik də tam səmimi deyil. Bu da əslində sadəcə onun günahı deyil. Araik istəsə də belə, heç vaxt tam səmimi ola bilməz. Çünki ümumiyyətlə, tam səmimi erməni yoxdur. Səmimiyyət anlayışı ilə erməni etnopsixologiyası bir-birinə tamamilə ziddir. Onların xarakterində fitrətən hiyləgərlik dominantlıq, üstünlük təşkil edir. Bu da onların milli-etnik naqisliklərindən, çatışmazlıqlarından biridir.

Ona görə də Araikin ağlamsınmağı, kədərlənməyi də “timsahın göz yaşları” təəssüratı bağışlayır. Azərbaycan xalqı isə bu cür göz yaşlarına inanmır. Ağlamsınmaqla əfv olmur.

Əslində, bu canilərin hər biri elə birbaşa məhkəmə zamanı, videokameraların önündə diz çöküb yalvarmalı, aman diləməli, Azərbaycan xalqından təkrar-təkrar üzr istəməlidirlər.

Bu mənada, səmimiyyət hissinin yoxluğuna baxmayaraq, bu separatçıları öz vəhşi əməllərinin, qeyri-insani cinayətlərinin görüntüləri ilə baş-başa qoymaq, onları öz barbarlıqları ilə üzləşdirmək əla düşünülüb.

P.S. Araikin kədərləndiyi anın şəklini isə bütün dünyada yaymaq lazımdır. Bu şəkil hər nə qədər həyasız, inkarçı, saxtakar xislətə malik olmaqlarından asılı olmayaraq bütün erməniləri düşünməyə vadar edə bilər. Gəlin onlara düşünmək fürsəti verək. Qoy, düşünməyə başlasınlar. Hətta tövbə etmək mərhələsinə gəlib yetişə bilməsələr də belə, qoy, yenə də düşünsünlər. Düşünsünlər ki, separatçılığın, terrorçuluğun, faşistliyin sonu məhkəmə kürsüləridir. Dərk etsinlər ki, bu vəhşiliklər heç vaxt cəzasız qalmır.

(ardı var)

 





12.04.2025    çap et  çap et