Vaxt.Az

Film kimi qarət


 

Hərəkət edən yük maşınına minib mal oğurladılar

Film kimi qarət Almaniyada film mövzusu ola biləcək oğurluq hadisəsi baş verib. Oğrular Aşağı Saksoniyada magistral yolda hərəkətdə olan yük maşınının yük maşınının kapotuna çıxaraq monitor və noutbuk oğurlayıblar. Hannover polisinin məlumatına görə, oğurluq gecə saatlarında baş verib.

***

İstintaqın məlumatına görə, bir neçə cinayətkarın olduğu avtomobil əvvəlcə Berlinə doğru hərəkət edən yük maşınının arxasınca düşüb. Şaumburq rayonundakı Luhden bələdiyyəsi yaxınlığında bir hadisə şahidi ən azı 2 oğrunun avtomobil hərəkətdə olarkən avtomobilin kapotuna və damına çıxaraq qoşqunun qapılarını zorla açaraq, ilkin olaraq bilinməyən sayda monitor və noutbukları oğurladığını müşahidə edib.

***

Hadisəni törədən şəxslər daha sonra avtomobillərinə minərək gözdən qaçıblar. Yük maşınının 28 yaşlı sürücüsü qısa müddət sonra avtomobilini magistral xidmət sahəsində saxlayan zaman qapının qırıldığını və yükün olmadığını görüb. Ümumi zərərin 10 min avro civarında olduğu bildirilir.

Polis dəstənin oğurluğu ilə bağlı araşdırmalara başlayıb və hadisənin şahidlərini axtarır.

 





12.04.2025    çap et  çap et