DİN avtomobillə xuliqanlıq edən məmur
balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük
məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun «BMW X6»
avtomobili ilə yarışa çıxdığı bildirilir. Həmçinin T.Həsənovu polis
sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.
Virtualaz.org saytına məlum olub ki, bu
hadisə hakimiyyətin yüksək eşelonlarında ciddi ajiotaj yaradıb. Hazırda Cinayət
Məcəlləsinə avtoxuliqanlığa görə avtomobilin müsadirə olunmasına imkan verən
düzəlişin edilməsi barədə ciddi müzakirələr gedir.
Məlumata görə, hüquq-mühafizə orqanları oliqarxların və məmurların qanunları tapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır.