Vaxt.Az

Xeyriyyəçilikdə də birinci xanım


 

Mehriban Əliyeva 2 yaşlıq uşağın ürək əməliyyatı xərclərini qarşıladı

Xeyriyyəçilikdə də birinci xanım Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ötən gün ATV kanalında göstərilən və təcili ürək əməliyyatına ehtiyacı olan Ömər Qasımovun müalicə xərclərini öz üzərinə götürüb.

Vaxt.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva «Facebook» səhifəsində məlumat verib: «Ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin anası zəng edərək bildirib ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər və Ömərin bütün əməliyyat və müalicə işləri Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən sağlığına qovuşacaq, minlərlə uşaqlar kimi ailəsi və millətimiz üçün xeyirli övlad olacaq».

 





18.04.2014    çap et  çap et