Vaxt.Az

Özün getdin təyyarən qaldı ...


 

Bahalılığı baş ağrıtmışdı, nasazlığı da bir yandan çıxdı

Özün getdin təyyarən qaldı ... Dünyanın ən zəngin ölkələrindən biri olan İsveçrə Monako Knyazlığından aldığı köhnəlmiş “Falcon 900” dövlət təyyarəsini “Bombardier Global 7500” şəxsi təyyarəsi ilə əvəz etmişdi.

109 milyon dollara (103 milyon İsveçrə frankı) başa gələn təyyarə “israf” olduğu üçün tənqidlərə məruz qalmışdı. Yeni dövlət təyyarəsi əvvəlcə baha başa gəldiyinə görə, indi də nasazlığına görə gündəmdədir.

***

İsveçrə bu yaxınlarda Türkiyəyə səfəri zamanı “dövlət təyyarəsi” Bombardier Global 7500-dən istifadə edib.

İsveçrə nümayəndə heyəti Ankarada İsveçrə-Türkiyə Dostluq Sazişinin 100-cü ildönümü və ondan sonra Antalyada keçirilən Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə gəlib.

“Bombardier” Ankarada uçuşa hazırlaşarkən mühərrikində nasazlıq yaranıb. Xarici işlər naziri İqnazio Kassisin olduğu dəbdəbəli təyyarə Ankaradan Antalyaya uçan zaman xarab olub.

Pilot risk baxmayaraq Antalyaya uçub. Daha sonra nümayəndə heyəti həmin təyyarə ilə yenidən Ankaraya gətirilsə də, təyyarənin İsveçrəyə çata bilməyəcəyi məlum olub.

Təyyarə ehtiyat hissələri üçün anqara çəkilib. Ehtiyat hissələri gələnə qədər Ankaradakı anqarda qalması qərara alınıb. Nümayəndə heyəti “Falcon 900” ehtiyat təyyarəsi ilə İsveçə qayıdıb.

 





14.04.2025    çap et  çap et