Vaxt.Az

Hava səyahətində yeni dövr


 

Pasport nəzarəti və uzun növbələr tarix olacaq

Hava səyahətində yeni dövr Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) uçuşdan əvvəl prosedurları tamamilə rəqəmsallaşdırır. “Check-in” və minmə talonları keçmişə qalır. Artıq sərnişinlər üz tanıma texnologiyası ilə təyyarələrə minəcəklər.

Birləşmiş Millətlər Təşkilatına bağlı bir Beynəlxalq Mülki Aviasiya Təşkilatı hava limanlarında inqilabi rəqəmsal transformasiya etməyə hazırlaşır. Yeni tətbiq çərçivəsində sərnişinlər bilet aldıqları andan etibarən rəqəmsal səyahət sənədinə sahib olacaqlar və bu sənəd bütün səyahət müddətində istifadə edilə bilər.

Yeni sistemlə:

1. Sərnişinlər öz uçuş məlumatları və rəqəmsal pasportlarını mobil telefonlarına yükləyə biləcəklər;

2. Təyyarəyə minmə icazəsi, şəxsi məlumatlar və marşrut vahid QR kodu ilə idarə olunacaq;

3. Uçuş planı dəyişdikdə, QR kodu da avtomatik olaraq yenilənəcək.

Artıq sifətin tanınması sistemləri hava limanının təhlükəsizlik və minmə məntəqələrində istifadə olunacaq. Bu sistem sayəsində:

1. Sərnişinin şəxsiyyəti dərhal tanınacaq;

2. Məlumat birbaşa aviaşirkətə ötürüləcək.

Sistem sərnişinin təyyarəyə minməyə hazır olub-olmadığını avtomatik aşkar edəcəyi üçün qeydiyyatdan keçməyə ehtiyac olmayacaq.

***

Rəsmilərin sözlərinə görə, bu yenilik həm təhlükəsizliyi artıracaq, həm də hava limanlarında tıxacları azaldacaq. Xüsusilə beynəlxalq səfərlərdə pasport nəzarəti və uzun qeydiyyat növbələri keçmişdə qalacaq.

 





14.04.2025    çap et  çap et