Vaxt.Az

Qızıl rekorda doymur


 

Qiymətli metal təhlükəsiz liman tələbi üzrə bahalaşır

Qızıl rekorda doymur ABŞ prezidenti Donald Trampın tariflərlə bağlı son açıqlamalarından sonra təhlükəsiz sığınacaqlara olan tələbi artırması ilə qızıl rekord həddə çatıb. Qızıl külçəsi bu gün 3,245 dollardan yuxarı qalxaraq cümə gününə olan rekordunu üstələyib. Ötən həftə 6 faizdən çox dəyər qazanan qızıla dolların ucuzlaşması da dəstək verib.

Texnologiya məhsullarına müvəqqəti vergi güzəştləri verdikdən sonra Tramp bu məhsullara yeni vergilərin tətbiq olunmayacağına işarə etdi.

Trampın ticarət siyasətlərindəki qəfil dəyişməsi ABŞ səhmlərində, istiqrazlarında və dollarda böyük dalğalanmalara səbəb olub. İnvestorlar isə qlobal tənəzzül qorxusu səbəbindən təhlükəsiz limanlara üz tuturlar.

“Pepperstone Group”un tədqiqat rəhbəri Kris Ueston, “Hazırda qızıl açıq-aydın qalibdir”, – deyib. Ueston, bəzi investorların qızıl almaqda tərəddüd etdiyini söyləyib. Çünki qızıl həddindən artıq qiymətləndirilib, lakin eyni zamanda çox güclüdür.

Bazarın bu həftə izlədiyi başqa bir məsələ dünyanın ən böyük mərkəzi banklarının qlobal perspektivə necə yanaşacaqları olacaq. Sinqapur və Avropa Mərkəzi Bankından monetar yumşaldıcı addımlar gözlənilir. Faiz dərəcələrinin aşağı düşməsi, ümumiyyətlə, qızıl kimi faizsiz aktivlər üçün müsbət bir inkişafdır.

Qızıl Sinqapur vaxtı ilə saat 10:42-də bir unsiya üçün 3236,27 dollara alınıb. “Bloomberg” Dollar Spot İndeksi 0,2 faiz azalaraq oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. Gümüş ucuzlaşıb, platin və palladium isə bahalaşıb.

 





14.04.2025    çap et  çap et