Fransanın xarici işlər naziri Jan-Noel Barrot Əlcəzair səlahiyyətlilərini deportasiya qərarından imtina etməyə çağıraraq, “Bu qərar həyata keçərsə, dərhal cavab verməkdən başqa çarəmiz qalmayacaq”, – deyib. Diplomatlar arasında Fransa Daxili İşlər Nazirliyinin rəsmilərinin də olduğu bildirilib.
***
Ötən cümə günü Fransada üç əlcəzairliyə qarşı rəsmi ittihamlar irəli sürülüb. Şübhəlilər arasında konsulluğun əməkdaşı da var. Bu şəxslər 2024-cü ilin aprelində Parisətrafı qəsəbələrdən birində mühacirətdə olan Əlcəzairli sosial media nüfuzlu Amir Boukhorsun (ictimai olaraq “Amir DZ” kimi tanınır) oğurlanması ilə əlaqələndirilir.
***
Əlcəzair hökuməti Fransa ədliyyəsinin bu addımını iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş son təşəbbüsləri sabotaj etmək məqsədi daşıyan addım kimi qiymətləndirir.
***
“Amir DZ” Əlcəzair hökumətinə qarşı olan yazıları ilə tanınır və TikTok-da bir milyondan çox izləyicisi var. 2016-cı ildən Fransada yaşayan fenomen 2023-cü ildə siyasi sığınacaq alıb. 2024-cü ilin aprelində qaçırılıb və bir gün sonra sərbəst buraxılıb.
Əlcəzair sosial media fenomeninin ekstradisiya edilməsini və mühakimə olunmasını istəyir. Bildirilir ki, ona qarşı dələduzluq və terrorizm ittihamı ilə 9 ayrı beynəlxalq həbs orderi verilib.