Vaxt.Az

İki faşistin arasında


 

Katın qətliamlarının 85-ci ildönümüdür

İki faşistin arasında 1940-cı ilin aprelində Sovet ordusu tərəfindən Katın qətliamı başladılmış və 28 gün ərzində 22 000 polyak zabit və əsgəri, ziyalısı öldürülmüşdü.

Qətliamlar Katın meşəsi, Xarkov və Kalinin həbsxanalarında törədilmişdi.

Rus işğalında yaşadığımız zaman bizə sırınan saxta tarixdə alman faşizmindən, SSRİ-yə hücum olunduğu yazılırdı. Amma rus faşizminin  ikinci dünya savaşının işğalçı tərəflərdən biri olduğu barədə bəhs edilmirdi.

Rus faşizmi Polşanın işğalına şərqdən başlayanda Hitler də qərbdən başlamışdı. Rus faşizmi alman faşizmindən daha təhlükəli və amansızdır. Almanların hücumu:

1 sentyabr 1939-cu il – Almaniya Polşaya hücum etdi. Bu tarix İkinci Dünya müharibəsinin başlandığı gün kimi qəbul edilir.

Almaniya “Blitzkrieg” (ildırım savaşı) taktikası ilə çox sürətli irəlilədi.

Rus faşistləri 17 sentyabr 1939-cu il Polşanın şərq hissəsinə hücum etdi.

Bu hücum Almaniya ilə SSRİ arasında bağlanmış Molotov-Ribbentrop paktına əsasən həyata keçirilmişdi. Gizli protokollara görə Polşa iki yerə bölünməli idi.

İkinci Dünya müharibəsində ədalətsiz sonluqla bitərək, Nürnberq məhkəməsi (rəsmi adı ilə Beynəlxalq Hərbi Tribunal) İkinci Dünya müharibəsindən sonra, 20 noyabr 1945-ci ildə iki cinayətkardan biri ittihamlar kürsüsündə müttəhim qismində əyləşərkən digəri isə ittihamçı qismində iştirak edirdi.

Bu gün də həmin cinayətkar - rus faşizmi cəzasız qaldığı üçün eyni cinayətin davamını Ukraynada başladıb.

 





14.04.2025    çap et  çap et