Müstəqil peyk istifadəçiləri “Maxar Technologies” və “Planet Labs” tərəfindən aprelin 6-da çəkilmiş şəkillərdə gəmi Şimali Koreyanın qərb sahilində, paytaxt Pxenyandan təxminən 60 kilometr cənub-qərbdə yerləşən Nampo tərsanəsində tikilməkdədir.
“Analitiklərin fikrincə, təsvirlər gəminin silahlarının və digər daxili sistemlərinin, quruda və dənizdə hədəflərə qarşı istifadə etmək üçün raketləri şaquli buraxılış borularında daşımaq üçün nəzərdə tutulmuş idarə olunan raket freqatının (FFG) davam edən tikintisini göstərir”, – “CNN International” xəbər verir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Cosef Bermudez və Cennifer Jun tərəfindən edilən bir analiz qeyd edilib ki, "FFG təxminən 140 metr uzunluğundadır və bu, onu Şimali Koreyada indiyə qədər istehsal edilmiş ən böyük döyüş gəmisi halına gətirir”.
Müqayisə üçün qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arleigh Burke” sinifli esmineslərinin uzunluğu təxminən 153 metr, tikilməkdə olan “Constellation” sinifli freqatların uzunluğu isə 151 metr olacaq.