Vaxt.Az

3 azərbaycanlı tələbə həbs edilib


 

Onlar Təbriz həbsxanasında saxlanılırlar

3 azərbaycanlı tələbə həbs edilib Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində ölkənin yeni seçilmiş prezidenti Həsən Ruhaninin seçki qərargahının gənclər komitəsinin 3 azərbaycanlı üzvü həbs edilib. HRAZ-dan edilən məlumatına görə, bunlar Təbriz Universitetinin tələbələri Behnam Nikzad, Əmin Fərid Yəhyayi və Əli Oruczadədir.Onlar İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik qüvvələri tərəfindən iyunun 18-də Təbriz küçələrində “Siyasi məhbuslara azadlıq!” şüarı səsləndirdiklərinə görə həbs ediliblər. Hər üç tələbənin evlərində yoxlama aparılıb, onlara məxsus kompüterlər, kitablar, CD-lər və bir sıra şəxsi əşyalar götürülüb. Hazırda onlar Təbriz həbsxanasında saxlanılırlar.
 





20.06.2013    çap et  çap et