Vaxt.Az

Fransada avtomobil oğurluğu pik həddə


 

Cinayətkarların ən çox sevdiyi modellər, rənglər, hətta şəhərlər var

Fransada avtomobil oğurluğu pik həddə Fransada avtomobil oğurluğu rekord həddə çatdığı üçün ən çox oğurlanan avtomobil modelləri məlum olub. 2024-cü ildə cəmi 70.460 avtomobil oğurlanıb. Argos və “France Assureurs” tərəfindən hazırlanan illik hesabata görə, ən çox oğurluq böyük şəhərlərin yerləşdiyi ərazilərdə baş verib.

Avtomobil oğurluğu xüsusilə Rona, Buş-du-Ron və Nord kimi böyük şəhər ərazilərində yüksəkdir. Bu şəhərlərin strateji yerləşməsi və xaricə çıxış qapılarına yaxın olması cinayətkarlar üçün üstünlük təşkil edir. Lil və Lion kimi şəhərlər magistral əlaqələrinə görə cinayət təşkilatları üçün cəlbedicidir.

***

Oğruların ən çox üstünlük verdiyi avtomobillər arasında “Renault Clio IV”, “Peugeot” 3008 II və 308 II kimi modellər var. Bu avtomobillər ikinci əl bazarında asanlıqla satıla bildikləri üçün və təhlükəsizlik zəifliklərinə görə hədəfə çevrilirlər. Son illərdə cip model və “Berlinet” tipli iri avtomobillər də oğruların əsas hədəfinə çevrilib.

Bundan əlavə, cinayətkar təşkilatlar oğurlanmış avtomobilləri aşkar etməmək üçün müəyyən rənglərə üstünlük verirlər. Ağ, qara və boz avtomobillər daha çox oğurlanır, sarı və qırmızı kimi diqqəti çəkən rənglərə isə daha az üstünlük verilir.

Fransanın hakimiyyət orqanları artan avtomobil oğurluğu ilə mübarizə üçün təhlükəsizlik tədbirlərini artırmağı planlaşdırır. Nəqliyyat vasitələri sahiblərinə təhlükəsizlik sistemlərini gücləndirmələri və parkinq yerlərini diqqətlə seçmələri tövsiyə olunur.

 





14.04.2025    çap et  çap et