Vaxt.Az

75 gün ömürləri qaldı


 

50 və 100 avroluq əskinaslar dövriyədən çıxarılır

75 gün ömürləri qaldı İspaniyada 50 və 100 avroluq əskinaslar artıq keçmişdə qalacaq. İspaniya Mərkəzi Bankı tərəfindən edilən açıqlamada sözügedən əskinasların 2025-ci ilin iyul ayından etibarən artıq çap edilərək dövriyyəyə buraxılmayacağı açıqlanıb. Qərarın fırıldaqçılıq, çirkli pulların yuyulması və saxtakarlıqla mübarizə çərçivəsində alındığı vurğulanıb.

Səlahiyyətlilər yüksək qiymətli əskinasların qeyri-qanuni əməliyyatlarda tez-tez istifadə edildiyinə diqqət çəkirlər. Üstəlik istifadədə olan bəzi əskinaslar köhnəlmiş və zədələnməsi, saxta olması şübhəsi ilə ticarət nöqtələrində rədd edilməsi, elektron ödəniş sistemlərinə keçidin ümumi təşviqi isə bu qərarı sürətləndirdi.

Bu əskinaslarınız varsa nə etməli?

İspaniyada banklar zədələnmiş və ya ləkələnmiş 50 və 100 avroluq əskinasların dəyişdirilməsi üçün xüsusi prosesə başlayıblar. Budur nəzərə alınmalı olanlar:

Əskinasın səthinin ən azı 50 faizi toxunulmaz olmalıdır və tanınacaq vəziyyətdə olan hər hansı əskinas birbaşa dəyişdiriləcək. Səbəbi izah olunarsa, antivol mürəkkəblə boyanmış əskinaslar da qəbul ediləcək. Mübadilə adətən bank filiallarında pulsuz həyata keçiriləcək.

Hansı banklara müraciət etmək olar?

Vətəndaşlar 50 və 100 avroluq əskinaslarını İspaniya Bankının Madrid, Barselona və Sevilya kimi şəhərlərdəki filiallarına və ya səlahiyyətli kommersiya banklarına apara biləcəklər. Yüngül köhnəlmiş əskinaslar dərhal dəyişdiriləcək, ciddi zədələnmiş əskinaslar isə xüsusi analiz mərkəzinə göndəriləcək və təsdiq edildikdən sonra pulu geri qaytarılacaq.

Səyahətçilərin nəzərinə!

İspaniyaya səyahət etməyi planlaşdıranlar da bu dəyişiklikdən təsirlənə bilər. 50 və ya 100 avroluq əskinaslarınızı İspaniyada xərcləmək çətin ola bilər. Yola çıxmazdan əvvəl onu başqa əskinaslarla dəyişmək daha məqsədəuyğun olardı.

 





14.04.2025    çap et  çap et