Digər tərəfdən Corc Rassell möhtəşəm yarış göstərdi. Hər şeyi əla etdi. Hətta son bölümdə “soft” təkərlərlə keçilmədi. Hazırda çempionatın lideri Norrisə 14 xaı uduzur. Bu gün araşdırıldığı DRS məsələsində isə onun günahı yoxdur. DRS-yə icazə verən FİA-dır.
“Ferrari” ümid verdi, amma Hamilton bu yarış tükəndiyini yenə göstərdi. Norrisin önündəsən. Normal müdafiə olunmadı. Bir az qumluğa sıx, qoyma keçsin. Lekleri qoru. Lekler neçə dövrə dözdü, amma sözdə “GOAT” olan Hamilton elə yarışdı ki, Latifi belə bu gün daha aqressiv olardı.
Maks Verstappenə gəldikdə əzmkarlığının qarşılığını aldı. “Red Bull”da pitdə işıq problemləri, “hard” təkərə keçirmək, pitdə gecikdirmək, maşının ön tərəfinin çox sürüşməsi… Amma sonda 6-cı ola bildi. Əsas rəqibi Norrisdən 8 xal arxadadır hazırda və bu da çox deyil. “Red Bull” isə bir il ərzində çox pis geriləyib. Artıq komanda körpüsündə idarəetmə də bərbaddır.
Lando Norris isə bu gün startı yaxşı aldı, amma sonradan gördük qayda pozub. Başqa sürücüyə FİA 10 saniyə cəza verərdi, amma britaniyalı pilot olanda cəzada 50 faiz yaz endirimi olur, hətta britaniyalı sürücülərə “British50” promokodu var. Hər vəziyyətdə də ağlayırdı.
Günün adamı isə Pyer Qasli idi. Yarış ərzində möhtəşəm yarışdı. 6-cı oldu. Okon isə haradan gəlib oralara çıxdı baş açmadım. Ümumilikdə Haas Çində də, burada da birdən xal zonasında avantajlı vəziyyətə gəldilər.
Yarışın xəyal qırıqlığı isə məncə, Antonelli və Sayns oldu. Antonelli yarışın hər yerində idi, amma sond xalsız qaldı. Amma bu gün Verstappen, Sainz və Alonso kimi pilotları tras üstündə keçdi. Yəni bu yarışı onun aktivinə yaza bilməsək də, passivinə də yaza bilmirik.
Bu arada Mercedes bu il ilk dəfə iki sürücüsü ilə də xal qazana bilmədi.