ABŞ Ticarət Departamentinin bəyanatına görə, idxal edilən dərmanlarla bağlı araşdırma hazır dərmanları, tibbi əks tədbirləri, aktiv əczaçılıq maddələri, əsas başlanğıc materialları və bu məhsulların törəmələri kimi kritik məlumatları əhatə edir.
Yarımkeçiricilər üzrə təhqiqat yarımkeçiricilər, yarımkeçiricilər istehsal edən avadanlıqlar və əlaqədar törəmə məhsulların idxalının milli təhlükəsizliyə təsirini müəyyən etmək məqsədi daşıyır.
Hər iki araşdırma çərçivəsində ictimai rəy öyrənilərkən, sözügedən məhsulların idxalının ABŞ-ın yerli istehsal gücünə, işçi qüvvəsi səriştəsinə və təchizat zəncirlərinə təsiri ilə bağlı məlumatların paylaşılması tələb olunur.
Məsələ ilə bağlı ictimai rəy bildirmək üçün 21 gün müddət verilir.