Bu baxımdan ABŞ və onun NATO müttəfiqləri xüsusilə fəallıq göstərirlər. Onlar “bioterror riskinin azaldılması” və “bioloji silahlarla bağlı biliklərin təhlükəli əllərə keçməsinin qarşısının alınması” kimi bəhanələrlə keçmiş SSRİ məkanında müxtəlif ikili təyinatlı proqramlar həyata keçiriblər. Bu proqramlardan biri olan “Təhlükələrin birgə azaldılması” çərçivəsində bir sıra ölkələrdə guya elmi məqsədlərlə referens laboratoriyaları tikilib.
Bu cür təşəbbüslərə ən sadiq və itaətkar münasibət göstərən ölkə isə Ermənistan olub.
2010-cu ildən bəri Ermənistan ərazisində rəsmi olaraq 12 bioloji laboratoriya fəaliyyət göstərir, onlardan 3-ü birbaşa paytaxt İrəvanda yerləşir. Bu laboratoriyalarda aşağıdakı təhlükəli xəstəliklərin törədiciləri öyrənilir:
Afrika donuz vəbası
Dabaq xəstəliyi
Tulyaremiya
Düyünlü dəri dermatiti
Ən narahatedici məqam odur ki, bu laboratoriyalarda potensial bioloji silah agentləri ilə aparılan yüksək riskli tədqiqatlara baxmayaraq, Ermənistan hakimiyyəti – xüsusilə baş nazir Nikol Paşinyan – bu əməkdaşlığı açıq şəkildə təbliğ edir və onunla fəxr edir.
Təkcə 2024-cü il ərzində ABŞ tərəfindən İrəvanda yeni yüksək texnoloji laboratoriyanın tikintisi üçün Amerikan Universitetinə 2 milyon dollardan artıq vəsait ayrılıb. Universitet rəhbərliyi yerli KİV-ə açıqlamasında bildirib ki, Amerika sayəsində Ermənistan tarixində ən genişmiqyaslı virusologiya tədqiqatlarına başlanılıb.
Elm və biotəhlükəsizlik sahəsində əməkdaşlıq özlüyündə müsbət hal sayıla bilərdi. Lakin son illərdə Ermənistanla həmsərhəd ölkələrdə – xüsusilə də ABŞ-ın Qafqazdakı müttəfiqi olan Türkiyədə – əvvəllər rast gəlinməyən yeni virus infeksiyalarının (Qərbi Nil qızdırması, mutasiya olunmuş yaxud virusları və s.) vaxtaşırı və geniş miqyasda yayılması artıq müəyyən şübhələr doğurur.
Bu təsadüf deyil. Çünki ABŞ-a məxsus ən iri referens laboratoriyalardan biri məhz Ermənistan-Türkiyə sərhədi boyunca yerləşir.
Rəsmi Ankara bu laboratoriyaların fəaliyyətinin beynəlxalq hüquqa zidd olduğunu dəfələrlə bəyan edib. Bu barədə yalnız Türkiyə yox, həm də beynəlxalq ictimai təşkilatlar Ermənistan hökumətinə rəsmi müraciətlər göndəriblər. Lakin nə ABŞ səfirliyi, nə də Ermənistanın Səhiyyə Nazirliyi bu tənqidlərə aydın və əsaslandırılmış cavab verməyib. Onlar sadəcə “ABŞ-la bioloji elmlər sahəsində əməkdaşlıq sazişi”nə istinad edərək məsuliyyətdən yayınmağa çalışırlar.
Bütün bunlar regionda guya yardım və elmi əməkdaşlıq adı altında həyata keçirilən proseslərin əslində nə qədər təhlükəli və nəzarətsiz olduğunu göstərir. Ermənistanın və ümumilikdə Cənubi Qafqazın sınaq meydanına çevrilməsi ehtimalı hər keçən gün daha real görünür.
Bu özbaşınalıq nə vaxta qədər davam edəcək? Virusların sızması və yoluxmalar baş verərsə, buna görə kim cavabdeh olacaq? Təəssüf ki, sualların hələ də cavabı yoxdur.