Yunanıstanın müdafiə naziri Nikos Dendias və fransalı həmkarı Sebastian Lekornla dünən Afinada görüşüb. Yunanıstan naziri Dendias, “Yunanıstan təhdid edən bir ölkə deyil, təhdid olunan bir ölkədir”, – deyib. Yunanıstan Fransadan 16 gəmi əleyhinə raket almaq üçün müqavilə imzalayıb.
Raket sistemlərinin həm gəmilərə, həm də sahil müdafiə sistemlərinə inteqrasiya oluna biləcəyi bildirilib. Yeni sistem “çoxqatlı müdafiə günbəzinin” bir hissəsi kimi təsvir edilib. Afina rəhbərliyinin 2036-cı ilə qədər 25 milyard avro dəyərində müdafiə modernləşdirilməsi planlaşdırdığı bildirilərkən, “Yunanıstan qonşusu Türkiyə ilə ayaqlaşa bilmək üçün silahlı qüvvələrini modernləşdirir”, – şərhi edilib.