Vaxt.Az

Bikini yerinə ürək masajı


 

Gözəllik yarışında köklü dəyişiklik

Bikini yerinə ürək masajı Britaniyanın 97 illik gözəllik müsabiqəsi olan "Miss England" köklü dəyişikliklərə məruz qalıb.

“Miss England” müsabiqəsinin rəhbərliyi bikini səhnəsini tamamilə ləğv etmək qərarına gəlib. Çünki bu, indi anaxronizm kimi qəbul edilir. Müsabiqə iştirakçıları son 97 ildə olduğu kimi podiumda bikinidə gəzmək əvəzinə, indi ürək masajı (CPR) kimi həyat qurtaran bacarıqlarını nümayiş etdirəcəklər.

Müsabiqənin 2025-ci il mərhələsində ilk dəfə həyata keçiriləcək bu dəyişiklik hazırkı “Miss İngiltərə” titulunun sahibi Milla Meginin rəhbərliyi altında həyata keçirilib. Milla Böyük Britaniyadakı məktəblərdə CPR təliminin tədrisi üçün kampaniya aparır və Britaniya deputatları və Şahzadə Uilyamdan dəstək alır. Məlumata görə, Şahzadə Uilyam Millaya uğurlar arzulayan məktub göndərib.

 





15.04.2025    çap et  çap et