Dünən gecə yayımlanan filmdə duşda, qum təpəsində və sahildə sevişmə səhnələri var. Əslində, aparıcı cütlük hətta “swinger” partiyasına da qatılır.
Lakin sosial şəbəkə istifadəçiləri filmə və ssenariyə reaksiya veriblər. Tamaşaçılar həm sosial şəbəkələrdə, həm də şərh bölməsində film və səhnələrə münasibət bildirirlər. Tamaşaçılar “Bazar günü axşam belə aşağı səviyyəli film!”, “Tam cəfəngiyyatdır” kimi şərhlər yazıblar.
Başqa bir istifadəçi də həmin vaxt uşaqların bu kanala baxmasına diqqət çəkərək “20.15-də belə filmi necə göstərə bilərsiniz? Niyə ZDF-də bu haqda heç kimin ağlına gəlmir? Bu saat Almaniyada tətildəyik və balaca uşaqlar hələ də televizora baxırlar. Belə bir erotik filmi praym-taymda axşam saat 8-dən sonra göstərmək olmaz”, – deyib.