Vaxt.Az

«Elə nazirliyin də günahı az deyil»


 

«MDB məkanında ən bahalı rouminq bizdədir»

«Elə nazirliyin də günahı az deyil» «Bizdəki mobil danışıq və mobil İnternet tarifləri həm regionda və həm də dünyada ən yüksək və şişirdilmiş tariflərdir». Bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz öz «Facebook» səhifəsində məlumat verib.

 

«Mobil internet və onun keyfiyyəti isə lap biabırçılıqdır. Uzağa getmək lazım deyil , elə nazirliyin yaxınlığında mobil internetdən istifadə edərək bunu görmək olar. Təklif edərdim ki nazirliyin tənzimləyici şöbəsinin əməkdaşları öz otaqlarından mobil internetə daxil olub baxsınlar ki necə tənzimləyirlər. Təsəvvür edin ki qonşu ölkələrlə, lap elə Türkiyə ilə müqayisədə bizdəki mobil danışıq tarifləri az qala 3 dəfə yüksəkdir. Baxmayaraq ki, son dövrlərdə həqiqətən də operatorlar tərəfindən endirimlər edilib amma yenə də qonşu ölkələrə müqayisədə qiymətlər bahadır».

Eskpertin sözlərinə görə, Avropada roumuinq ödəmələrinin ləğv edilməsi gündəmdə olduğu bir vaxtda MDB məkanında ən bahalı rouminq bizdədir. «Əksəriyyət insanlar xaricə gedəndə məcburdur ki ya telefonu söndürsün və ya effektiv - səmərəli istifadə etməsin. Reallıq budur ki həm danışıq tarifləri , həm mobil İnternet və həm də rouminq tarifləri kifayət qədər yüksəkdir və real xərcləri əks etdirmir.

AİF prezidenti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də bostanına daş atıb: «Bu cür mühitin yaranmasında elə nazirliyin də günahı az deyil. Adicə nömrə daşınması məsələsini elə vəziyyətə gətirdilər ki, sonda bu siyasət iflasa uğradı. Gözləntilər özünü doğrultmadı. Nömrə daşınma rəqabət mühitinin inkişafına hər hansı müsbət təsir etmədi. Abonent uğrunda hər hansı mübarizə filan müşahidə olunmadı. Yalnız korporativ müştərilər uğrunda hansısa gəlişmələr müşahidə olunur. Səbəb isə əslində 2008-ci ildən gündəmdə olan bir məsələnin - nömrə daşınmasının süni surətdə ləngidilərək 7 il uzadılmasında idi. Artıq bütün istifadəçilərin cibində hər üç mobil operatoru nömrəsi olandan sonra təbii ki nömrə daşınması heç bir dəyişiklik yaratmayacaqdı».

 





19.04.2014    çap et  çap et