ABŞ prezidenti Donald Trampın elan etdiyi tariflərdən sonra Almaniyaya sərmayəçilərin inamı mart ayında 51,6 olan iqtisadi güvən indeksi, əvvəlki ayla müqayisədə 65,6 bənd azalaraq aprel ayında mənfi 14-ə düşüb. Bazar gözləntiləri indeksin 10 bənd yüksələcəyi ilə bağlı idi.
Cari Vəziyyət İndeksi aprel ayında əvvəlki ayla müqayisədə 6,4 bənd artaraq mənfi 81,6-ya yüksəlib. Mart ayında indeks mənfi 87,6 olaraq açıqlanıb.
“ZEW” prezidenti Açim Vambax verdiyi açıqlamada ABŞ-ın tarif siyasətinin Almaniyadakı gözləntilərə çox mənfi təsir göstərdiyini, tariflərlə yanaşı qlobal iqtisadi qeyri-müəyyənliyin də gözləntilərə pis təsir etdiyini bildirib.
Avrozonada iqtisadi etimadı göstərən “ZEW” indeksi aprel ayında əvvəlki ayla müqayisədə 58,3 bənd azalaraq mənfi 18,5-ə düşüb.