Yəmənin Əl-Beydə əyalətində aviazərbə nəticəsində «Əl-Qaidə» terror təşkilatının üzvü olduğu ehtimal edilən 13 döyüşçü həlak olub. ANS PRESS-in məlumatına görə, bu əyalət «Əl-Qaidə»nin Yəməndəki əsas istinadgahı hesab edilir.
Aviazərbənin hədəfi terrorçuların hərəkət etdiyi avtomobillər olub. Bəzi məlumatlara görə, yaxınlıqdakı avtomobildə hərəkət edən 3 mülki şəxs də aviazərbənin qurbanı olub.
Aviazərbənin Yəməndə terrorçulara qarşı əməliyyatlarda tez-tez istifadə olunan Amerika pilotsuz təyyarəsi vasitəsilə həyata keçirildiyi ehtimal edilir.
çap et