Vaxt.Az

Cinsi azlıqlara daha bir zərbə


 

Macarıstanda cinsiyyəti dəyişdirməsindən sonra LGBT fəaliyyətləri də qadağan edildi

Cinsi azlıqlara daha bir zərbə Macarıstanda parlament ölkədə uşaqların inkişafı və ictimai asayiş üçün LGBT-nin bütün fəaliyyətini qadağan edən konstitusiya dəyişikliyini təsdiq edərək ölkədə yalnız kişi və qadın cinslərinin tanınacağını bəyan edib.

Macarıstan parlamenti baş nazir Viktor Orbanın tələbi ilə LGBT şəxslər tərəfindən təşkil edilən nümayişləri və bununla bağlı bütün tədbirləri qadağan edən konstitusiya dəyişikliyini müzakirə etmək üçün toplaşıb.

***

Parlamentdə keçirilən 140 səs lehinə 21 əleyhinə ilə bitən səsvermədə ölkədə uşaqların inkişafı və ictimai asayiş naminə LGBT-nin bütün fəaliyyətini qadağan edən konstitusiya dəyişikliyi qəbul edilib.

Macarıstanda parlament həmçinin ölkədə yalnız kişi və qadının bioloji cinsiyyətinin tanınacağını açıqlayıb.

***

Orban, “X” sosial media hesabında etdiyi paylaşımda parlamentin verdiyi qərarı müsbət qarşıladığını və “Macarıstanda konstitusiya dəyişikliyi qanuna çevrildi. Biz uşaqların inkişafını qoruyuruq. Fərdlərin kişi və ya qadın doğulduğunu müdafiə edirik. Macarıstanda sağlam düşüncə vacibdir”, – deyib.

***

Macarıstan parlamenti martın 18-də səsvermədən sonra LGBT yürüşləri qadağan etmişdi.

Bu arada, Macarıstan 2020-ci ildə cinsin dəyişdirilməsini qadağan etmişdi. Konstitusiyasına yalnız qadınların ana, kişilərin isə ata olmasına icazə verən dəyişikliklər etdi.

 





15.04.2025    çap et  çap et