Vaxt.Az

“Hər tində bir kababçı var”


 

Klemon şəhərinin meri üsyan edib

“Hər tində bir kababçı var” Fransanın Oise bölgəsindəki Klermon şəhərinin meri Lionel Ollivier şəhərin mərkəzində artan kabab və bərbərxanaların sayından narahatdır. “Hər tində kababçı var. Daha çox müxtəlif müəssisələrə ehtiyacımız var” deyən bələdiyyə sədri bu vəziyyətin həlli olaraq bələdiyyənin mağazalar alacağını və yeni müəssisələr açacağını açıqlayıb.

Ollivier, “10 min əhalisi olan bir şəhərdə beş kababxana və beş bərbərxana var. Mən bu mağazaların iqtisadi cəhətdən dayanıqlı olduğunu düşünmürəm”, – deyib.

Bələdiyyə sədri, “Mədəni və ticarət müxtəlifliyinin tərəfdarıyam. Davamlı olaraq eyni tipli mağazaların açılması şəhərin mərkəzini monoton edir”, – deyərək, şəhərin ticarət strukturunun şaxələndirilməsi lazım olduğunu bildirib.

Bu vəziyyətin həlli üçün bələdiyyə 2025-ci il büdcəsinə 300 min avro ayırıb. İndiyədək alınan iki mağazada “ortaq butik” və “orqanik market” açılıb. Bələdiyyə Başçısı Ollivier gələcəkdə şəhər mərkəzinə kitab mağazaları, qəssablar və tərəvəzlər kimi daha çox müxtəlif müəssisələri gətirmək istədiklərini bildirdi.

 





15.04.2025    çap et  çap et