Vaxt.Az

“Harri Potter” serialının aktyor heyəti açıqlanıb


 

Baş qəhrəmanları canlandıracaqların adları hələ açıqlanmayıb

“Harri Potter” serialının aktyor heyəti açıqlanıb Yeni “Harri Potter” serialının ilk aktyor heyəti rəsmən açıqlanıb. Nik Frost tamaşaçıların qarşısına Rubeus Haqrid kimi çıxacaq. Canet MakTir professor Minerva MakQonagall, Paapa Essidu isə Severus Sneyp rolunu canlandıracaq. Hər üç aktyorun son həftələrdə prodüserlərlə görüşləri olduğu bildirilirdi.

Aktyor heyətinə qoşulan başqa bir ad “The Fast Show” və “Harry & Paul” kimi istehsallarla tanınan ulduzu Pol Uaythausdur. Uaythaus Arqus Filç roluna həyat verəcək.

Digər tərəfdən, Con Laytqounun serialda Albus Dambldor kimi görünəcəyi daha əvvəl təsdiqlənmişdi.

Serialın çəkilişlərinə bu yay başlamaq planlaşdırılır. İlk sezonun gələn ilin əvvəlində tamaşaçıların görüşünə gələcəyi ehtimal edilir. Digər tərəfdən Harri Potter, Ron Uizli və Hermiona Qreyncer obrazlarını canlandıracaq adlar hələ açıqlanmayıb.

 





15.04.2025    çap et  çap et