Avropa Kipri bütöv tanıyır. Quzey Kipri separatçı bölgə sayır.
Avropa Birliyi Türküstan ölkələrinin iqtisadi və nəqliyyat layihələrinə 12 milyard pul ayıracaq. Sonra daha böyük layihələr və sərmayələr olacaq.
Türküstan ölkələri üçün bu bir nəfəslikdir.
Rusiya, Çin, Əfqanıstan və İran arasında sıxılıb qalmış Türküstan dövlətləri üçün Avropanın böyük bazarı, sərmayə və texnologiyaları, geopolitik dəstəyi çox önəmlidir. Onu tam olaraq Çinin sərmayəsindən və Çin bazarından asılılıqdan qurtarmağa yardım edir.
Daha sonra, Türküstanla Avropa arasında bütün mal alış-verişi haradan keçir?
Əlbəttə Azərbaycandan, Türkiyədən və Gürcüstandan. Ermənistan qoşulsa, bir az da oradan.
Bir Kipri tanımamaqdan ötrü, bütün bunlardan imtina etməyə, nə deyərlər? Debillik.
(4 ölkə Kipri tanımaqla Quzey Kipr məsələsi bitmir. Quzey Kipr Türkiyə çox güclü olanda çözüləcək.)
Üstəlik, bu imtinanın tək Türküstan dövlətləri üçün yox, həm də Azərbaycan və Türkiyəyə zərərləri var.
Bu həm də Türk Birliyinə zərərlidir. Türküstanla Avropa bağlarının güclənməsi məhz Türküstanla Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi bağların güclənməsidir.
1 həftə öncə baş verib bu tanıma.
Azərbaycanda bəziləri sanki dünən eşidiblər bunu.
Şərhlər, bəziləri panikaya düşüb, bəziləri sevinir gizlicə və aşkar, bəziləri Ərdoğanı qınayır, bəziləri Türküstan dövlətlərini qınayır.
Türkiyə hökumətindən açıqlama gözləyənlər də var. Türk Birliyinin dağıldığını bəyan edənlər də var.
Siyasətdə belə saf olmaq infantilizm, uşaq xəstəliyi sayılır.
Nə Türkiyə, nə Azərbaycan rəy bildirəsi deyil.
Azərbaycan dolayısıyla sözünü dedi. Sonadək Quzey Kiprlilərlə birlikdəyik. Onların ayrıca dövlətə çevrilməsinə çalışacağıq.
Türküstan dövlətləri Güney Kipri tanıdılar. Sabah-birigün Quzey Kipri də tanıyarlar, iş bitər.
Avropa çox güclü olduğu dönəmlərdə bunu çözə bilmədi. İndi nə edə bilər ki?
Darınızı külə tökməyin!