Vaxt.Az

Ən vacib patentini pulsuz paylayan ixtiraçı


 

Milyonlarla həyatını xilas etmək milyonlar qazanmaqdan daha dəyərli idi

Ən vacib patentini pulsuz paylayan ixtiraçı 20-ci əsrin ən böyük mühəndislərindən biri idi. İsveçdə doğulmuş, ali təhsilini maşınqayırma üzrə almışdı.

Çalışma həyatına təyyarə istehsalçısı SAAB-da konstruktor olaraq başlamış, pilotların katapult oturacaqlarının yaradılmasına önəmli rol oynayıb.

Daha sonra avtomobil nəhəngi “Volvo”nun zavodunda təhlükəsizlik mühəndisi kimi işləməyə başlayır…

Nils Bohlin (1920 - 2002 ) tarixə avtomobillər üçün təhlükəsizlik kəmərinin ixtiraçısı kimi düşüb. 1959-da icad etdiyi təhlükəsizlik kəməri patentini “Volvo” şirkəti bütün rəqiblərinə pulsuz verdi. Nils Bohlin üçün milyonlarla insanın həyatını xilas etmək milyonlar qazanmaqdan daha dəyərli idi…

Zərbənin gücünü üç nöqtəyə paylayan təhlükəsizlik kəmərini ixtira etməklə avtomobil dünyasında əsl inqilab etsə də Bohlini dünyada çox az insan tanıyır. Halbuki Dünya belə insanlar sayəsində ayaqdadır…

 





16.04.2025    çap et  çap et