Vaxt.Az

“İlham Əliyev – regionun lideridir...”


 

Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”

“İlham Əliyev – regionun lideridir...” “Antalyada bu yaxınlarda keçirilmiş forumda Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin parlaq çıxışı xüsusi fərqlənirdi. O, dünyada hökm sürən yalan, ikiüzlü siyasi korrektlikdən və ikili standartlardan imtina etdi”, – deyə Gürcüstan müxalifətinin lideri, sabiq prezident Mixail Saakaşvilinin bəyanatında bildirilir.

Antalyadakı diplomatik forumda Azərbaycan liderinin çıxışını şərh edən Saakaşvili qeyd edib ki, Əliyev şeyləri olduğu kimi adlandıraraq, başqalarının bəlkə də düşündüyü, lakin səsli şəkildə deməyə cəsarət etmədiyi fikirləri dilə gətirdi:

“O, Rusiyanın Ukraynaya müdaxiləsi faktlarını açıq şəkildə göstərdi və yaranmış vəziyyətdən çıxış yolu təklif etdi. Əliyev bu çıxışı ilə bir daha təsdiqlədi ki, o, yalnız regionun lideri deyil, həm də dövlətlərin öz ləyaqətini qorumaqla davranışının yeni prinsipinin yaradıcısıdır”.

 





16.04.2025    çap et  çap et