Vaxt.Az

İngiltərədə inflyasiya aşağı düşür


 

“Bloomberg” sorğusunda aylıq göstəricilər gözləntilərin altında qalıb

İngiltərədə inflyasiya aşağı düşür İngiltərədə inflyasiya soyumağa davam edir. Mart ayında ölkədə inflyasiya illik 2,6 faiz təşkil edib. Fevralda illik inflyasiya 2,8 faiz idi. “Bloomberg” sorğusuna qatılan iqtisadçılar da mart ayında illik inflyasiyanın 2,7 faiz səviyyəsində qeyd olunacağını gözləyirdilər.

Mart ayında aylıq inflyasiya da 0,3 faizə enib. Bu məlumat üçün gözlənti 0,4 faiz olaraq təyin olunmuşdu.

Mart ayında ölkədə illik baza inflyasiyası gözləntilərə uyğun olaraq 3,4 faiz təşkil edib.

 





16.04.2025    çap et  çap et