ABŞ prezidenti Donald Trampın kritik minerallarla bağlı təhqiqata başlamasından sonra investorların təhlükəsiz sığınacaqlara axışması nəticəsində qızılın unsiyası 3275 dolları keçib.
Qlobal tənəzzül narahatlıqları və artan ticarət müharibəsi fonunda bu il külçə qızıl 20 faizdən çox artaraq il ərzində rekordlar qırdı. “Goldman Sachs” da daxil olmaqla aparıcı banklar 2026-cı ilin ortalarında qızılın qiymətinin 4000 dollara yüksələcəyini proqnozlaşdırırlar. Bu il ən azı üç faiz endirimi olacağına dair bazar gözləntiləri də qızıla marağı artırır.
Bu gün qızılın qiyməti 1,4 faiz artaraq rekord həddə çatsa da, ABŞ Prezidenti Trampın kritik mineralların idxalına rüsumların tətbiq edilib-edilməməsi ilə bağlı başlatdığı yeni araşdırma ticarət müharibəsində yeni bir cəbhə açmaq potensialına malikdir. Bu inkişaf investorların səhmlərini tərk edərək qızıl kimi təhlükəsiz aktivlərə üz tutmasına səbəb oldu. Dünən Tramp Çinin “Boeing” təyyarələrinin tədarükünü dayandırmaq qərarına cavab olaraq Çini danışıqlara başlamağa çağırıb. Həmin həftə ABŞ yarımkeçiricilər və əczaçılıq idxalı ilə bağlı yeni araşdırmalara başladı.
İnvestorlar qızıl əsaslı birja fondlarına (ETF) müraciət etdikcə, mərkəzi banklar da metal alışlarını artırırlar. Şanxayda yerləşən “Galaxy Futures” şirkətinin analitiki Luçen Vanq, "Böyük ölkələr arasında güc mübarizəsi davam edəcək. Qızılın etibarlı sığınacaq kimi cəlb edilməsi, qiymətlərin qarşıdakı dövrdə də artmağa davam edəcəyini ehtimal edir", – deyib.
Bu gün səhər saatlarına olan məlumata görə, Sinqapurda spot qızılın qiyməti 1,1 faiz artaraq 3 266,61 dollar olub. “Bloomberg Dollar Spot” İndeksi aşağı düşüb. Gümüş qiymətləri sabit qalıb, palladium və platin isə bir qədər ucuzlaşdı.