“İsdera” üslub, dizayn və yarış üçün mühəndislik ofisini ifadə edir. Şirkət zərif avtomobillər dizayn edir. 1982-ci ildə əsası qoyulan indi Saarlandda yerləşən şirkət təəccüblü şəkildə Saarbrücken regional məhkəməsinə müflis olmaq üçün müraciət etdi. Bu barədə “Wirtschaftswoche” məlumat yayıb.
“Isdera”nın kökləri “Porsche”yə gedib çıxır. Keçmiş “Porsche” mühəndisi Eberhard Şulz şirkəti 1982-ci ildə qurub. Onun prinsipi kütləvi istehsal yox, kiçik seriyalarda əla fərdi məhsullar istehsal etmək idi. Şirkət həmçinin sənaye üçün inkişaf işləri aparırdı.
Şulz “116i” magistral kuryer, “Commendatore” və “Imperator” kimi brendlər yaratdı. Kapotun altında 620 at gücünə qədər olan “Mercedes” mühərrikləri var idi. Hər bir avtomobilin qiyməti 400 min avrodur. Bu macəra heç vaxt kommersiya baxımından nəticə vermədi.
Qurucu, 85 yaşlı Eberhard Şulz bir dəfə vəziyyəti belə təsvir etdi: “Şirkət 1982-ci ildə təsis edəndə “Porsche” mühəndisi idim. Brendi aydın bir fəlsəfə – seriya istehsalı yox, kiçik seriyalarda birdəfəlik xüsusi buraxılışlar əsasında qurdum”.