“Balkanların Nostradamusu” kimi tanınan bolqar öncəgörən Vanqa dünya gündəmini yenidən silkələyir. 11 sentyabr hücumlarından “COVİD-19” pandemiyasına və Şahzadə Diananın ölümünə qədər bir çox hadisələri illər öncədən proqnozlaşdıran Vanqanın 2025-ci il ehtimallarından biri gerçəkləşir.
ABŞ prezidenti Donald Tramp başda Çin olmaqla bir çox ölkəyə yüksək idxal vergiləri tətbiq etməyə başlayıb. Çin məhsullarına tətbiq edilən 145 faizədək tariflər qlobal ticarət və bazarları dərindən sarsıdıb. Aprelin 9-da qüvvəyə minən tariflər müvəqqəti olaraq dayandırılıb.
Buna baxmayaraq, Tramp Çin mallarına idxal rüsumlarını artırmaqda qərarlıdır. Bu inkişaflarla bütün dünyada tənəzzül qorxusu artır.
***
Trampın “proteksionist ticarət siyasəti” qlobal bazarları şoka salıb. ABŞ istiqraz bazarı dəyər itirərkən, bir çox ölkənin birjalarında ani enişlər yaşandı. Avtomobil sektorları bu inkişaflardan xüsusilə ağır zərbə aldı.
Vanqanın ən çox danışılan proqnozlarından biri də bəşəriyyətin dağılması prosesinin 2025-ci ildə başlayacağı və “qlobal iqtisadi fəlakətin” baş verəcəyi idi.
Bugünkü hadisələr onun sözlərini yenidən gündəmə gətirib:
İqtisadi dalğalanmalar
Artan ərzaq qiymətləri
İnflyasiya ilə mübarizə aparan ölkələr
Yüksək idxal rüsumlarının səbəb olduğu ticarət müharibələri.
***
Vanqa həmçinin 2025-ci ildə böyük zəlzələlərin olacağını proqnozlaşdırıb. Mart ayında Myanmada baş verən 7,7 bal gücündə zəlzələdə 3000-dən çox insan həlak olub. Zəlzələ daha sonra Taylanda yayılıb, paytaxt Banqkok da zərər çəkib.
Eyni dövrdə Tonqada 7,1 bal gücündə zəlzələ sunami xəbərdarlığı gətirdi. Vanqanın “dünyanın müxtəlif yerlərində baş verən fəlakətlərin formalaşdıracağı bir il” proqnozu beləcə özünü doğrultdu.