Ancaq onu da nəzərə alın ki, bizim bu cür ifrat sərt mövqeyimiz və ritorikamız onları Türk birliyi ideyasından daha da uzaqlaşdırır və Azərbaycandan küsdürür. Ona görə də gəlin ittihamlarımızın dozasını bir qədər azaldaq.
Birdəki, bu dövlətlər mümkün qədər rasional davranaraq üç potensial pisdən nisbətən ən az pis olan variantı seçiblər. Hazırkı kritik məqamda Rusiya kimi daim təcavüzkarlığa, işğalçılığa meylli olan və Çin kimi iqtisadi sömürgəçiliklə məşğul olan iki zorba gücün asılılığına düşməkdənsə, Avropa Birliyi ilə daha az ziyanlı əməkdaşlıq variantını seçmək, zənnimcə, daha müdrik seçimdir.
P.S. İqtisadi baxımdan isə, Türküstan dövlətlərinin Avropa Birliyi ilə anlaşması Azərbaycan və Türkiyə üçün də faydalıdır.