Vaxt.Az

“Qapımız açıqdır”


 

Çin Avropaya yaxınlaşmaq üçün addımlar atır, lakin AB liderlər ehtiyatlı davranır

“Qapımız açıqdır” Çin Avropa Birliyini (AB) rəqabətə deyil, əməkdaşlığa çağırıb. Çinin İspaniyadakı səfiri Yao Cinq ABŞ-ın ticarət siyasətini sərt şəkildə tənqid edib və Avropanı qapılarını Çin bazarına daha çox açmağa çağırıb. Çinin məqsədi qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq qurmaqdır.

Səfir Cinq, Avropa Birliyi ilə rəqib kimi deyil, tərəfdaş kimi əlaqələr qurmaq istədiklərini söyləyib. ABŞ-ın yeni ticarət yanaşmasını birtərəfli iqtisadi təzyiq olaraq xarakterizə edən diplomat, Çinin qaydalara əsaslanan qlobal ticarətə sadiq olduğunu vurğulayıb.

2019-cu ildə o, AB-nin Çini həm tərəfdaş, həm də sistemli rəqib kimi müəyyənləşdirmək strategiyasını tənqid edərək, bu yanaşmanın artıq etibarlı olmadığını bildirib.

“Bizim diqqətimiz tərəfdaşlığa yönəlməlidir. Çin heç vaxt Avropa üçün təhlükə və ya düşmən olmayacaq”, – Yao bildirib. O, xarici siyasətdə Donald Trampın təcridedici mövqeyinə qarşı AB-nin çoxtərəfli yanaşmasını yüksək qiymətləndirib.

***

Keçən həftə baş nazir Pedro Sançez Pekində prezident Si Cinpin ilə görüşüb. Səfərin məqsədi Trampın tarifləri fonunda Çin və AB arasında daha sıx iqtisadi və siyasi əlaqələr qurmaq olub.

Sançesin səfərindən bir qədər əvvəl ABŞ-ın Maliyyə Naziri Skott Bessent Avropaya Çinlə yaxınlaşmaq barədə xəbərdarlıq etmişdi. “Bu, Avropanın öz boğazını kəsməsi olardı”.

Yao bu şərhə reaksiya verib və “Əslində ABŞ hamının boğazını kəsir. Ona görə də Çin bu cür iqtisadi zorakılığa qarşı açıq mövqe nümayiş etdirir”, – deyib.

***

Yao iddia etdi ki, Avropa yarımkeçiricilər də daxil olmaqla bəzi yüksək texnologiyalı məhsullar üzərində ixrac nəzarətini və Çinin elektrik avtomobillərinə tarifləri qaldırmalıdır.

O, həmçinin “Huawei” və “ZTE” kimi Çin şirkətlərinin Avropanın 5G şəbəkələrinə çıxışına qoyulan məhdudiyyətləri tənqid edib.

O bildirib ki, Çin xarici investorlar üçün telekommunikasiya, bankçılıq və istehsal kimi sektorları açmağa davam edir. “Qapımız zamanla getdikcə daha çox açılacaq və heç vaxt bağlanmayacaq. Biz İspaniyaya etdiyimiz kimi bazarımızı digər AB üzvlərinə də açmağa hazırıq”, – deyən Yao, Çinin AB ilə ticarət uçurumunun struktur səbəblərə görə dərhal bağlana bilməyəcəyini, lakin onlar irəliləyiş gözləyirlər.

 





16.04.2025    çap et  çap et