Fransanın İqtisadiyyat naziri Erik Lombard 2025-ci il büdcəsi çərçivəsində yüksək gəlirlilərə tətbiq edilən fövqəladə verginin artıq qalıcı olacağını açıqlayıb. Vergi Mişel Barnier hökuməti tərəfindən təklif edilmiş və Fransua Bayru hökuməti tərəfindən qəbul edilmişdi.
***
Yeni tənzimləmə illik vergi tutulan gəliri 250 min avrodan çox olan subay şəxsləri və illik vergi tutulan gəliri 500 min avronu keçən evli cütlükləri hədəfləyir.
250.001 ilə 500.000 Avro arasında gəlir: 3 faiz
500.001 - 1.000.000 Avro arasında gəlir: 4 faiz
1.000.000 Avrodan çox gəlir: 4 faiz.
Nümunə ilə izah edək ki, 400 min avro qazanan subay adam 4500 avro əlavə vergi ödəyəcək.
***
Lombardın fikrincə, bu daimi vergi dövlət xəzinəsinə ildə təxminən 2 milyard avro əlavə gəlir gətirəcək. Vergi Fransada yaşayan on mindən çox yüksək gəlirli şəxsi əhatə edir. Nazir Lombard bu addımı “sosial həmrəylik üçün zəruri siqnal” kimi qiymətləndirib.
***
Lombard həmçinin yeni verginin sərvət vergisinə (ISF) aid olmadığını xüsusilə vurğulayıb. Yeni töhfə sərvətə deyil, gəlirə əsaslanacaq. ISF 2017-ci ildə ləğv edilib və onu yalnız daşınmaz əmlakı əhatə edən IFI (Impôt sur la Fortune Immobilière) əvəz edib.