***
İddialara görə, kəsilməyə göndərilən öküzlərin qulaq nömrələri dəyişdirilib, fermer imzası saxtalaşdırılıb və heyvanların mənşəyi barədə yalan məlumat verilib. Bütün bu saxta sənədlər heyvanların daha yaxşı şəraitdə böyüdüldüyü təəssüratı yaradıb. Bu üsulla yüzlərlə ton ət və kolbasa məhsulları saxta etiketlərlə bazara çıxarılıb.
***
Bu pozuntular bütün Almaniyada ət sənayesində keyfiyyətə nəzarətdən məsul olan “QS Qualität und Sicherheit GmbH” tərəfindən aşkar edilib. Hadisələrin 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər baş verdiyi bildirilir. QS-nin baş meneceri Aleksandr Hinriş daxili yazışmada vəziyyəti “çox ciddi pozuntu və əhəmiyyətli icra məsələsi” kimi təsvir edib.
***
Sözügedən saxtakarlığa görə məsuliyyət daşıyan qurum Baden-Vürtemberq əyalətində yerləşən və ildə təxminən 4,5 milyon heyvanın daşınmasını təşkil edən “Raiffeisen Viehzentrale” (RVZ) şirkətidir. Hadisələrin ilkin olaraq Şimali Reyn-Vestfaliya əyalətinin RVG Verne bölgəsində baş verdiyi və bu strukturun daha sonra RVZ ilə birləşərək indiki şəklini aldığı bildirilib. RVZ rəsmiləri “mal-qara tədarükündə uyğunsuzluqların” olduğunu etiraf ediblər, lakin müstəqil kənar auditin davam etdiyini qeyd etdilər.