Vaxt.Az

Şərab sənayesində qlobal böhran


 

İstehsalla bərabər istehlak da azalıb

Şərab sənayesində qlobal böhran Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OIV) 2024-cü il üçün qlobal şərab hesabatını dərc edib. Hesabata görə, ötən il dünyada 214,2 milyon hektolitr şərab istehlak edilib.

OIV məlumatına görə qlobal şərab istehlakının son 60 ilin ən aşağı səviyyəsinə düşəcəyini açıqladı. İstehsalda da oxşar azalma olsa da, ABŞ-ın tətbiq etdiyi tariflərin sektoru daha da çətin vəziyyətə sala biləcəyi ifadə edildi.

Bu, 1961-ci ildən bəri ən aşağı istehlak səviyyəsidir. Həmin vaxt istehlak 213,6 milyon hektolitr olubmuş. Eyni zamanda, istehsal da əhəmiyyətli dərəcədə azaldı. 2024-cü ildə şərab istehsalı 4,8 faiz azalaraq 225,8 milyon hektolitre düşüb. Bu, son 60 ilin ən aşağı istehsal həcmi kimi qeydə alınıb.

OIV Statistika rəhbəri Corcio Delqrosso, enişi mükəmməl bir fırtına olaraq xarakterizə edərək, sağlamlıq problemləri və iqtisadi çətinliklərin sektora böyük zərbə vurduğunu söyləyib. Fransız şərab zənciri “Nicolas”, şəraba tələbatın azalmasına nəsil dəyişikliyinin səbəb olduğunu söyləyib: “Bununla belə, “Nicolas” istehlakçıların az, lakin daha keyfiyyətli içkilərə üstünlük verdiyini və şərab şüşələrinə daha çox pul xərcləməyə hazırdırlar”.

***

ABŞ-da şərab istehlakı 5,8 faiz azalaraq 33,3 milyon hektolitr olub.

Avropada istehlak 2,8 faiz azalıb.

Fransada isə azalma 3,6 faiz təşkil edib.

Bunun əksinə olaraq İspaniya və Portuqaliyada istehlak artıb.

***

OIV hasilatın azalmasının səbəbləri arasında ekoloji ekstremalları da qeyd edib. Bəzi regionlarda yağıntıların normadan artıq olması, bəzilərində isə quraqlıq məhsuldarlığa mənfi təsir göstərib.

İtaliya 44 milyon hektolitrlə dünyanın ən böyük istehsalçısı oldu.

Fransanın hasilatı 23 faiz azalaraq 36,1 milyon hektolitr olub. Bu, 1957-ci ildən bəri ən aşağı səviyyədir.

ABŞ istehsalı 17,2 faiz azalaraq 21,1 milyon hektolitre düşüb.

 





16.04.2025    çap et  çap et