Fico dünən “X” hesabında bir yazı paylaşaraq, qəti şəkildə Kallasın təhdidlərinə qarşı olduğunu və 9 mayda Moskvada keçiriləcək Qələbə Günü mərasimində iştirak edəcəyini bildirdi.
Kallası şantajda ittiham edən Slovakiya lideri öz paylaşımında yazıb: “Kallasın xəbərdarlığı şantaj növüdür, yoxsa Moskvadan qayıdanda cəzalandırılacağıma işarədir? Mən bilmirəm. Amma bilirəm ki, biz 1939-cu ildə yox, 2025-ci ildə yaşayırıq”.
İkinci Dünya Müharibəsi 1939-cu ildə başladı. İkinci Dünya Müharibəsində Nasist Almaniyası məğlub oldu və təslim müqaviləsi imzalandı. Sovet İttifaqı da bu tarixi Qələbə günü elan etdi.
Kallas bazar ertəsi bildirib ki, Avropa liderlərinin qələbənin 80-ci ildönümü mərasiminə qatılması “adı alınmayacaq”.
Ukrayna mayın 9-da Rusiyanın keçirəcəyi mərasimə qarşı əks-aksiya təşkil etmək üçün avropalı müttəfiqlərini Kiyevə dəvət etmişdi. Kallas AB liderlərini Ukraynanı dəstəkləməyə və Moskvadakı nümayişləri boykot etməyə çağırmışdı.
AB əleyhinə siyasətləri ilə tanınan Macarıstan lideri Viktor Orbanın mərasimdə iştirak etməyəcəyi bildirilib. “Macar xalqı üçün İkinci Dünya Müharibəsinin başa çatması müharibədə iştirak edən digər ölkələrlə müqayisədə fərqli məna kəsb edirdi”, – deyə dövlət naziri Qergeli Qulyas bildirib. Macarıstan Krallığı o zaman müharibədə OX dövlətlərinin tərəfində idi.
Kremlin sözçüsü Dmitri Peskov Kallasın boykot çağırışını təhdid kimi qiymətləndirərək, “Bunlar doğru deyil”, – deyib.
Moskvaya qarşı yaxın mövqeyi ilə AB-nin tənqidinə tuş gələn Fico, Slovakiya ordusunun arsenalından bir güllənin də Ukraynaya satılmayacağını, ancaq özəl şirkətlərin satışına mane olmayacağını deməsi də tənqid edilib.