Vaxt.Az

Qırğızıstana Kipr xaçı öpdürə bilmədilər


 

Səlibçilik dünya demokratiyasına təhdiddir

Qırğızıstana Kipr xaçı öpdürə bilmədilər Azərbaycanda Qərbin “demokratiya”, “iqtisadi inkişaf”, “rifah”, “insan hüquqları” kimi yalançı propaqandasından təsirlənmiş bəzi politoloqlar bu gün valı dəyişdilər. Dünənə kimi “hi-hi, əəə, bə nooldu Turan?” lağlağısından keçdilər “Orta Asiya dövlətlərinin Avropaya yaxınlaşması regionun demokratikləşməsinə müsbət təsir edəcək” tezisinə. Amma bu cənablar unudurlar ki, Türküstan cəngəlliklərində gül açmış tək demokratiya olan Qırğızıstanı AB imzalanmış sazişlərdən kənarda saxlayıb. Böyük ehtimalla Qırğızıstana xaçı (oxu: Kiprin tanınması) öpdürə bilməyiblər. Yaxud Qırğızıstan Türkiyə ilə münasibətləri nəzərə alıb, bu şər anlaşmalara qoşulmayıb. Dəqiq səbəbi bilmirik.

Türküstanda ən çox iqtisadi və siyasi dəstəyə haqqı çatan və ehtiyacı olan ölkə Qırğızıstandır. 20 ildən çoxdur ki, demokratiyaya keçib. İqtisadi baxımdan da ən kasıb ölkə Qırğızıstandır. Özünə demokratiya hamisi deyənlər ən böyük dəstəyi Qırğızıstana verməli idilər. Amma 800 ildir ki, səlibçilik zəhərindən xilas ola bilməyənlər götürüb 12 milyard avronu neft-qaz milyardları içində üzən berdiməhəmmədovlara, tokayevlərə  verməyi üstün tutublar. Berdiməhəmmədov AB-nin ayırdığı 12 milyard avroyla sintizatorunun qızıl dilini brilyanta dəyişər. Eybi yoxdur, demokratiya və azadlıqlar üçün 100-lə şəhid vermiş qırğızlar kasıblıq içində yaşasa da olar.

 





16.04.2025    çap et  çap et