Vaxt.Az

Tariflər 245 faizə çatdı


 

ABŞ-Çin arasında ticarət müharibəsi qızışır

Tariflər 245 faizə çatdı Ağ Ev, Çindən idxal edilən bəzi məhsullar üçün tariflərin əvvəllər qüvvədə olan tariflər də daxil olmaqla ümumilikdə 245 faizə çatdığını bildirdi.

Ağ Ev rəsmisi Çindən idxal olunan məhsullara tətbiq edilən tarif dərəcələrinə aydınlıq gətirib.

Rəsmi qeyd edib ki, 125 faizlik qarşılıqlı tariflərə 20 faizlik fentanil tarifləri və 301-ci maddədəki tariflər daxildir və bu gömrük rüsumları məhsuldan asılı olaraq 7,5 faizlə 100 faiz arasında dəyişir.

Elektrikli nəqliyyat vasitələri və enjektorlar kimi məhsulların 301-ci maddə ilə 100 faiz gömrük rüsumuna məruz qaldığını qeyd edən qurum rəsmisi bu məhsullara fentanil tarifi və qarşılıqlı tariflərin də tətbiq edildiyini və bununla da ümumi gömrük rüsumunun 245 faizə çatdığını bildirib.

 





16.04.2025    çap et  çap et