Vaxt.Az

Strateji münasibətlərə töhfə


 

Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb

Strateji münasibətlərə töhfə Bu gün Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycanda səfərdə oldu. Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlər son illər daha da möhkəmlənib. Azərbaycan qonşu dövlətin enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, hər iki dövlət birgə regional layihələrdə tərəfdaşlıq edirlər.

Ötən il ölkələr arasında ticarət dövriyyəsi 804.1 milyon dollar olub. Bu əvvəlki ilə nisbətən cüzi dəyişsə də son illər dövriyyədə kəskin artım müşahidə olunub. Belə ki, 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 771.7 milyon, 2021-ci ildə 761.2 milyon, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Son 5 ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50.0 faiz artıb.

Ölkələr yalnız enerji deyil, nəqliyyat-logistika daxil olmaqla fərqli sahələrdə əməkdaşlığı daha da gücləndiriblər. Qarşılıqlı iqtisadi və ticari əlaqələrdə potensial isə daha böyükdür. Gələcəkdə bu əlaqələrə yaşıl enerji əməkdaşlığı da əlavə olunacaq.

 





16.04.2025    çap et  çap et