Vaxt.Az

«İrandakı seçki Güney Azərbaycana nə verəcək?»


 

GAMMK seçkinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb

«İrandakı seçki Güney Azərbaycana nə verəcək?» İranda keçirilən prezident seçkisini bəzə yanlış olaraq, demokratik adlandırırlar. Ancaq bu dövlət əhəmiyyətli siyasi kampaniyanın demokratikliyi yalnız qutuya gedib səsvermə ilə bitmir. Seçki prosesinin əsas prinsipi onun «Azad və ədalətli»yinin təmin olunmasıdır. Bu təmin edilməzsə onda demokratiklik mövcud deyil.Bir də «İrandakı seçki Güney Azərbaycan türkünün milli haqqının təmin olunmasına nə yardım edəcək» -sualı aktualdır.
Güney Azərbaycan Milli Müdafiə Komitəsi (GAMMK) İslam Respublikasında keçirilmiş seçkinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.
İranda keçirilən prezident seçkisi Tehran rejiminin çox incəlik və bacarıqla hazırladığı “azad səsvermə” şousu görüntüsündən başqa bir şey deyildir.
Bu seçki rejimin hazırkı ağır durumunda, beynəlxalq təzyiqlərin artdığı və iqtisadi embarqoların sistemin ayaqda qalma şansı azaltdığı bir zamanda, “vilayəti fəqih” (ayətulla Xamneyinin tutduğu vəzifə- red.) diktaturası ilə özünü islahatçı göstərən cərəyanın diktatura sisteminin ömrünü uzatmaq üçün əlbirliyi ilə həyata keçirdikləri oyundur.
Bu günə kimi bütün seçki öncəsi proseslərdə namizədlər ölkədə yaşayan millətlərə verdikləri heç bir vədə əməl etməyiblər. Sadəcə xalqı sandıq başına çəkmək, seçki bazarını qızışdırmaq üçün millətlərin istəklərinin təmin olunması arzularından sui-istifadə ediblər.
Həsən Ruhani və onun komandasının keçmişinə nəzər saldıqda belə bir şəxsin və komandanın demokratiya və islahatdan danışması ancaq gülüş doğura bilər. Rejimin ilk günlərindən indiyə kimi diktatura maşınının aparıcı və əsas fiqurlarından olan Həsən Ruhani ölkədə yaşayan bütün millətlərə qarşı törədilən çoxsaylı cinayətlərin baş qəhrəmanlarından biri və bu cinayətləri planlaşdıranlardan olub.
Daxildə və xaricdə, özəlliklə Azərbaycan Milli Hərəkatının içində olan bəzi şəxslərin, cərəyanların H.Ruhanini təbliğ etməsi onun qələbəsini sevinclə qarşılamaları, hərəkatın istəklərinə belələrinin səmimiliyinə şübhə etməyə əsas verir.
Hakim “İslam Cumhuriyyəti” ideologiyası və “vilayəti fəqih” sistemi devrilməyənə kimi ölkədəki insanların, çoxsaylı millətlərin öz istək və haqlarına çatacaqları mümkün deyil».
İrandakı seçkinin mahiyyətindən çıxış edən komitə bəyanatında daha sonra bildirib : «Azərbaycan Respublikasında özünü «demokrat» adlandıran və demokratik Azərbaycan uğrunda mübarizə etdiklərini iddia edən bir sıra partiyaların, ziyalıların bu seçkini dəstəkləməsi, bunu «demokratiyanın təzahürü» kimi qələmə verməsini həm Güney Azərbaycan türklərinə, həm də Azərbaycan Respublikası vətəndaşlarına qarşı hörmətsizlik kimi dəyərləndiririk».
 





16.06.2013    çap et  çap et